Social Icons

Featured Posts

"Müxalifətin ən real namizədi Əli Kərimlidir"

14/12/2012 [15:06]

"Hazırda müxalifətin vahid namizəd olmaq üçün ən real namizədi Əli Kərimlidir".

Bunu Avropa.info-ya açıqlamasında KXCP-də olan "Demokratik Birlik" fraksiyasının təsisçilərindən olan Fikrət Cəfərli deyib. Fraksiyaçı onun bu fikirlərinin qısqanclıqla qarşılanmasını da başa düşmədiyini bildirib."Bu gün müxalifət düşərgəsində seçki yaxınlaşdıqca müxalifətdaxili  gərginliyi süni surətdə gərginləşdirməyə maraq göstərənləri doğrusu anlamaq olmur. İstənilən seçkilərdə müxalif partiyalardan hansınınsa liderinin proseslərin favoriti olması normal haldır. Bu gün bu fovorit Əli Kərimlidir. Ona görə də müxalifətdəki dostlar nədənsə bugünki gerçəklikləri qəbul etmək əvəzinə 10 əvvəlki populiyar dövürlərində  ilişib qalıblab.Proseslərə diqqətlə nəzər saldıqda bu gün ictimai fikirdə digərlərindən irəlidə olan şəxs umumi demokratik qüvvələrin birliyi naminə hətta üçüncü səviyyəli şəxsin də müdafiə olunma ehtimalını dediyi halda, təssüf ki, digər şəxslər məsələyə  ya mən, ya da bu hakimiyyət prizmasından yanaşır. Hesab edirəm ki, bu və digər məsələlərdə hər kəs mövqelərini sərgiləməli, ictimai fikiri real məsələlərə məşğul etməlidir. İndiki reallıq tamamilə aydındır".
Fikrət Cəfərli, eyni zamanda, bu fikirlərin fraksiyanın deyil,onun şəxsi mövqeyinin olduğunu deyib.

“Demokratik düşərgənin lokomativ təşkilatı da, lideri də bəllidir“

Tarix: 13.12.2012 | Saat: 19:56:00 | 

2013-cü il prezident seçkiləri ilə əlaqədar olaraq müxalifət düşərgəsində vahid namizədlə bağlı müzakirələr qızışmaqdadır. Müzakirələrdə xüsusi fəallıq göstərən Müsavat Partiyasının təmsilçiləri İsa Qəmbərin namizədliyi üzərində israrla dayanırlar. Maraqlıdır ki, İsa Qəmbər özü də istənilən halda namizədliyini verəcəyini bildirib. İctimai Palatanın sonuncu iclasında İsa Qəmbər «Müsavatın bu qərarı qətidir, dəyişdirilməsi müzakirə mövzusu ola bilməz» kimi açıqlaması təkcə AXCP daxilində deyil, hətta İctimai Palatının digər partiyalardan olan üzvləri arasında da qıcıq yaradıb. İsa Qəmbərin prezidentliyə namizəd postunda yalnız özünü görməsi və bu istiqamətdəki təklifləri, müzakirələri top-tüfənglə qarşılaması sezilir. Bəzi məlumatlara görə, İsa Qəmbəri inadından döndərə, vahid namizədin müəyyənləşməsi üçün «praymeriz»ə razılığını ala bilməyən AXCP sədri İctimai Palatadan gedəcəyinə işarə edib. Mətbuatda gedən məlumatlara görə, AXCP-nin Müsavat Partiyası ilə yolları ayrılacaq və birinci Rəsul Quliyevlə ittifaqa gedəcək. Amma İctimai Palata daxilində AXCP sədrini dəstəkləyənlər də var.  

AXP sədri Pənah Hüseynov isə gələn seçkilərdə ya İsa Qəmbəri, ya da onun müdfiə edəcəyi namizədi dəstəkləyəcəyini bildirib.

KXCP-nin nəzdində yaradılmış "Demokratik Birlik" fraksiyasının həmtəsisçisi Fikrət Cəfərli Teleqraf.com-a açıqlamasında bildirdi ki, müxalifət düşərgəsində vahid namizədin müəyyənləşdirilməsi təqdim olunduğu kimi heç də çətin deyil: «Əvvəla, demokratik düşərgənin lokomativ təşkilatı da, lideri də bəllidir. Bunu müəyyənləşdirmək üçün Amerika kəşf etməyə ehtiyac yoxdur. 2003-cü ildə müəyyən şansları olan namizəd bu gün üçün siyasi baxımdan favorit olmaya bilər və buna görə də bundan faciə düzəltməyə dəyməz. Necə deyərlər, hər aşığın öz dövranı var. Indi isə nə onun dövranıdı, nə də onun aşığının. Amma müxalifətin 2013-cü il prezident seçkiləri üçün real namizədi var. 

Fikrət Cəfərli "KXCP sədri Mirmahmud Mirəlioğlunu nəzərdə tutursuz" sulana cavab olaraq «prezidentliyə real namizədlər sırasında Mirmahmud Mirəlioğlunun adı yoxdur", - deyə qeyd etdi. 

F.Cəfərlinin fikrincə, bütün parametrlər üzrə bu gün prezidentliyə ən real namizəd AXCP sədri Əli Kərimlidir: "O, ötən müddət ərzində prinsipiallığı, ardıcıl, sağlam siyasi xəttilə daha çox diqqəti cəlb edib. Əli Kərimliyə olan təyziqlər kimə olsaydı, bəlkə də o, çoxdan siyasətdən uzaqlaşmışdı. Bəziləri seçkilərə "vahid namizəd ya mən olmalıyam, ya da hakimiyyətdə YAP qalmalıdır" prizmasından yanaşır. Bu, düzgün yanaşma deyil və o, düşüncə sahiblərinə arada bir ətraflarına baxmağa tövsiyə edirəm". 

2013-cü il seçkilərində kimi dəstəkləyəcəyinə gəlincə, Fikrət Cəfərli sualımıza Pənah Hüseynli sayaq cavab verdi: "2013-cü il prezident seçkilərində Əli Kəyimlini, yaxud da Əli Kərimilinin dəstəkləyəcəyi namizədi dəstəkləyəcəm və çalışacağam ki, bu istiqamətdə təsir edə biləcəyim qurumların da dəstəyini alım".

Lakin F.Cəfərlinin bu mövqeyi təmsil olunduğu fraksiyanın mövqeyi deyil: "Bu mövqe fraksiyanın yaradıcılarından olan Fikrət Cəfərlinin mövqeyidir. KXCP rəhbəyliyində də AXCP-yə qarşı münasibət dəyişməlidir. Bəzi dostlar 10-15 il bundan öncəki siyasi və psixoloji stiuasiyadan çıxa bilməyiblər. Düşüncənin, yanaşmanın sağlamlaşması, dəyişməsi lazımdır. Köhnəlmiş, intiriqalar üzərində kiflənmiş düşüncə ilə onlar heç nəyə nail ola bilməyəcəklər.". 

“Seçki ictimai-siyasi fikri iki yerə parçalayıb“

Tarix: 05.12.2012 | Saat: 21:28:00 | E-mail | Çapa göndər

"2013-cü il prezident seçkilərində iştirak məsələsi demək olar ki, ictimai-siyasi fikri iki yerə parçalayıb. Birinci tezis vətəndaş mövqeyini və demokratik düşərgənin maraqlarını ehtiva etsə də, digər tezis korporativ maraqları, şəxsi və qrup mənafelərini özündə əks etdirir".

Bu fikirləri Teleqraf.com-a açıqlamasında "Demokratik Birlik" Fraksiyasının həmtəsisçisi Fikrət Cəfərli bildirib. Onun sözlərinə görə, ilk tezisin müdafiəçiləri ümumi mənafelərdən çıxış edərək, haqlı olaraq demokratik seçki mühiti formalaşmadan seçkidə iştirakı prespektsiz hesab edir: "İkinci tezisin müdafiəçilərində isə nə olursa-olsun, seçkidə iştirak etmək, namizəd olmaq istəyi özünü biruzə verir. Belə başa düşmək olar ki, bu istək heç də ümumi maraqlardan irəli gəlmir, sanki müəyyən götürülmüş bir öhdəliyin icrası mükəlləfiyyətindən irəli gəlir. Hesab edirəm ki, ikinci tezis elə tezis olaraq qalmalıdır və ictimai rəyi mənfi istiqamətə yönləndirməməlidir. Cəmiyyət nəzərə almalıdır ki, nəyin bahasına olursa-olsun, nə olursa-olsun, namizəd olmaq tezisi üzərində dayanan və son 15 ildə bu fikri səsləndirən təfəkkür sahibi və ya sahibləri hansı illərdə hansı avantüralarla çıxış ediblər və siyasi proseslərİ hansı istiqamətə yönəldiblər. Məhz belə təfəkkür sahibləri demokratik düşərgənin zaman-zaman həlledici məqamlarda və ən çox qələbə şansının olduğu dövrlərdə məğlubiyyətinə bais olublar. Onun üçün də biz demokratik düşüncə sahibləri kimi birinci tezisə və onu səsləndirənlərə,onun müəllifinə açıq dəstək verməkdən çəkinməməliyik".

F.Cəfərlinin sözlərinə görə, bu vaxta qədər müxalifət seçki tamaşasında bilərəkdən və ya bilməyərkdən öz rolunu oynayıb,bu imtiasiyada iştirak edib: "Lakin bundan sonra müxalifət tam yeni bir taktika ortaya qoymalı və hakimiyyətin hər hansısa pərdəarxası ssenarisində "Yalıncıq" rolunun ifası üçün cılız hisslərə qapanmamalı, ən azından azad və demokratik cəmiyyət uğrunda mübarizədə daxili gücün parçalanmasından çəkinməlidir. Əks təqdirdə bu vaxta qədər müxatəlif söz oyunları, müxtəlif qeyri-ciddi fikirlərlə "Nə olursa-olsun, mən seçkidə iştirak edəcəm, etməliyəm" kimi fikirlərlə müşayiət olunan mövqedə dayananlar ya nə istədiyini açıq şəkildə ifadə etməlidir, ya da bizlər onun gerçək istək və arzularını açıb cəmiyyətə çatdırmalıyıq".

Teleqraf.com 

32 saylı Suraxanı SD-dən deputatlığa namizəd Fikrət Cəfərlinin İTV-də çıxışı (2010)


IV çağırış AR Milli Məclisinə keçirilən 2010 noyabr parlament seçkilərində 32 saylı Suraxanı Seçki Dairəsindən deputatlığa namizəd Fikrət Cəfərlinin İTV-də çıxışı.