05.08.2010 [9:16]
Ölkə
BİR QRUP QHT AKSİYA KEÇİRƏCƏK
Seçkiöncəsi vəziyyəti təhlil edən O.Güləliyev bildirdi ki, ATƏT, eləcə də digər beynəlxalq təşkilatlar ölkədə baş alıb gedən özbaşınalıqlara qarşı daha sərt mövqe tutmalıdırlar.
Ahıl Ziyalılara Qayğı İctimai Birliyinin sədri Nəsrullah Nurullayev dedi ki, seçki ərəfəsində ATƏT-in üzərinə götürdüyü missiya yarımçıq qalb.Bərabər İmkanlar İctimai Birliyinin sədri Rafiq Təmrazov isə bildirdi ki, vətəndaş cəmiyyəti institutları seçki ərəfəsində fəaliyyətlərini aktivləşdirməlidirlər: “İnsanların sətbəst toplaşmaq hüququ var. Onalrın pozulan hüquqlarını qorumaq QHT-lərin vəzifəsidir”.
“İnsan Haqları - 2003" İctimai Birliyinin rəhbəri Şaban Nəsirov etiraz aksiyaları zamanı hətta ATƏT rəsmilərinin də sıxışdırıldığını bildirdi.
Elektron Seçki İctimai Birliyinin sədri Mübariz Tağıyev isə bildridi ki, aksiya zamanı təsadüfi insanlar da saxlanılıb: “Ölkədə elə bir vəziyyət yaranıb ki, insanlar seçkiyə getmək istəmir”.
Etiraz aksiyası zamanı saxlanılaraq polis bölməsinə aparıldığını deyən Regional İnsan Hüquqları Maarifləndirmə Mərkəzinin rəhbəri Lətafət Məlikova qeyd etdi ki, mitinqləri izləmək üçün QHT-lərdən ibarət müşahidə qrupu yaratmaq lazımdr.
Sonda tədricxanada saxlanılan müxalifətçilərə baş çəkmək üçün üç nəfərdən ibarət komitə yaradılaması təklif olundu.