Social Icons

“İqtidar demokratik islahatlara getməlidir”


 | Xəbər 636 dəfə oxunub
"Qubada baş verən hadisələr də göstərdi ki, iqtidar demokratik islahatlara getməlidir. İnsan hüquqları bərpa olunmalı, normal məhkəmə sistemi qurulmalıdır”. 
“Qafqazinfo”nun məlumatına görə, bunu KXCP sədrinin müavini Fikrət Cəfərov bildirib. Onun sözlərinə görə, bir çoxları Qubadakı hadisələrin səbəblərindən danışarkən sosial problemləri qabardırlar, ancaq bu hadisələr bilavasitə insan haqlarına yönəlmiş kütləvi basqınların nəticəsidir: “Quba hadisələri göstərdi ki, insanlar məmurların basqısı altında yaşamaqdan boğaza yığılıb. Artıq Azərbaycanda demokratik cəmiyyətə keçilməsinin zərurətini hamı başa düşür və xalq bu prosesə dəstək verməyə hazırdır. Yəni Quba hadisələrini kimlərsə kənar qüvvələrə bağlamaq istəyir, yaxud bunu yalnız sosial partlayış kimi görürsə, yanılır. Bu bilavasitə xalqın etirazıdır. Xalq artıq hakimiyyətin demokratik islahatlara getməsini tələb edir. O aksiyalarda səslənən yeganə şüar da "İstefa" idi. Vətəndaş, insan amili cəmiyyətdə şah olmalıdır. O ölkələrdə inqilablar təlatümlər baş verir ki, orada insan haqları sahəsində ciddi problemlər olur, insan haqlarına hörmət edilmir. Azərbaycan da belə ölkələrdəndir və xalq qubalıların timsalında daha bu cür yaşamaq istəmədiyini ortaya qoydu”.