Mənbə : qafqazinfo.az
Klassik Xalq Cəbhəisi Partiyasının sədr müavini
KXCP-də və bütövlükdə müxalifətdə baş verən proseslər ictimaiyyətin diqqət mərkəzindədir. Mənsub olduğum siyasi düşərgədə və xüsusilə də siyasi təşkilatda baş verən proseslərə laqeyd qalmaq mümkün deyil. Çünki, bu proseslərin hansı istiqamətdə inkişaf edəcəyi ölkənin gələcəyininin müəyyən olunmasında əsas faktor olacaq.
Bizim hamımızın məqsədi ölkəmizi vətəndaşa dəyər verilən, hüquq və azadlıqların qorunduğu, rüşvət və korrupsiyanın olmadığı dövlət olmasını görməkdir. Buna isə azad və ədalətli seçkilər yolu ilə təsis edilən demokratik sistem vasitəsilə nail olmaq olar. Dövlətin mənbəyi olan xalqın hakimiyyəti azad, bərabər və ədalətli seçkilər yolu ilə formalaşdırmaq hüququ təmin olunmalıdır. İndiyə qədər keçirilən bütün seçkilər saxtalaşdırılıb və buna görə bu gün Azərbaycanda saxta rejim mövcuddur. Lakin 21-ci əsr belə rejimlərin tarixin yaddaşına qovuşması əsrdir və Azərbaycandakı rejim də istisna təşkil edə bilməz. Eyni zamanda iqtidar heç vəclə hakimiyyətdən əl çəkmək istəmir və buna görə də real siyasi, iqtisadi və hüquqi islahatlar həyata keçirmir. İqtidarın islahat əvəzinə görüntü yaratması, ona həm ölkə daxilində, həm də beynaəlxalq aləmdə etimadsızlıq atmosferi formalaşdırıb. Bu isə ölkədə demokratik proseslərin başlanmsı üçün əlverişli şəraitin yaranması deməkdir. Təəssüf ki, bu demokratik proseslərə avanqardlıq edəcək qüvvə buna hazır deyil.
Hakimiyyətlə bağlı hər şey açıqdır və bu məsələdə hər hansı qaranlıq məqam yoxdur: saxtakar, antidemokratik, öz vətəndaşına dəyər verməyən bir hakimiyyətlə üz-üzəyik. Bəs biz? Bu hakimiyyəti dəyişməli olan, xalqın ümid yeri sayılan müxalifətdə vəziyyət necədir?
İlk növbədə biz demokratik düşərgə olaraq, bu rejim ilə özümüzün müqayisəsini aparaq. Məsələn, özümüzü, fəaliyətimizi təhlil edəndə bu rejimin yaşamasına bilərəkdən və ya bilməyərəkdən xidmət edən amillər özünü nəzərə çarpacaq dərəcədə göstərir. Biz də bəzən hakimiyyət ilə bilməyərəkdən eyni düşüncəyə malik olduğumuzu göstəririk. Əgər hakimiyyət həm daxili, həm də beynəlxalq aləmin tələblərini qəbul edib Azərbaycanda demokratik cəmiyyətin qurulması uğrunda islahatlara söz verib sonradan islahatların rejimin sonu olduğunu anlayaraq müxtəlif bəhanələr ilə yayınırsa, biz müxalifət də bəzən Azərbaycanda demokratik cəmiyyətin qurulması uğrunda vahid mövqedən, vahid platformadan danışıb sonda “ovlanmamış ayının dərisinə görə” yenidən danışdıqlarımızın üstündən xətt çəkib rejimə xalqı əzmək üçün nəfəs verməklə məşqul oluruq. Fərq etmir bilərəkdən və ya bilməyərəkdən xalqını sevməyən, millətini kölə edən rejimə xidmət etməyin bir adı var: XƏYANƏT
Bu reallıdır. Amma biz heç də pessimizmə qapılmamalıyıq və istənilən problemlərdən çıxış yolu hər zaman var. Hesab edirik ki, ən optimal yollardan biri və ən yumşaq formada daxili intriqalardan qaçaraq reallaşdırılması mümkün olan təkliflərin öyrənilməsi, dəyərləndirilməsi və qəbul edilməsidir. Bu fikir həmdə ümumi böhran içində olan demokratik qüvvələri bir ideya ətrafında birləşdirib rejimə qarşı daha da qətiyyətli mübarizə aparması üçün əsas amillərdən biri ola bilər.Təklif edirəm ki, Ziyalılar Formu, Müsavat Pariyası, AXCP, KXCP, ADP, AMİP, LDP, ACP,VİP, Ümid Partiyası Azərbaycanın elmi, ictimai, siyasi elitasının maraqlarına uyğun gələn və o cümlədən yuxarıda adları çəkilən siyasi qüvvələrin vahid platformada birləşməsinə xidmət edə bilən dəyərli ziyalımız, dünya şöhrətli alim, Nobel mükafatına namizəd, akademik Rafiq Əliyevin prezidentliyə namizədliyi ətrafında müzakirələrə başlasın. Bu təklifin reallaşması həm də Azərbaycanın ziyalı elitasının, elm xadimlərinin müxalifətlə birlikdə bu rejimə qarşı mübarizəsi olacaqdır.Yəqin ki, müxalifət düşərgəsi bu təklifi anlayışla qarşılayıb, reallığı düzgün qiymətləndirib, hazırki vəziyyətdən çıxış yolu kimi dəyərləndirəcəkdir.
Təbii ki, əks fikir deyənlər də olacaq. Deyiləcək ki, o, siaysi lider deyil. Bu rejimlə siyasi lider qarşı-qarşıya dura və ona qalib gələ bilər. Amma Azrəbaycanın mövcud siyasi durumu, müxalif siyasi qüvvələr arasında fəaliyyət rabitəsizliyi, inamasızlıq, ittihamlar bizə başqa variant və müzakirə imkanı vermir. Ona görə də bu təklif indiki situasiyamıza tam adekvatdır.
Bir daha hamınızı bu təklifi anlayışla qəbul etməyə, ən real təklif kimi bütün siyasi qüvvələri bu təklifin qəbul olunmasına çağırıram!!!.
Biz Qalib Gələcəyik!