Social Icons

Fikrət Cəfərov: “Məqsədimiz partiyanın güclənməsidir“

Tarix: 05.11.2012 | Saat: 14:04:00 |

"Fraksiyanın fəaliyyət istiqamətləri KXCP üzvlərinə aydınlaşdıqca, partiyanın bizi dəstəkləyən fəal üzvləri və şöbələrinin sayı artır. Ümüd edirik ki, bu proses getdikcə daha sürətlə davam edəcək. Bunun bir səbəbi də odur ki, qarşıdan 2013-cü il seçkiləri gəlir və cəbhəçilər bu prosesdə daha da aktiv iştirak etmək üçün fraksiyanın siyasətini dəstəKləmək qərarı verirlər".

Bu fikirləri Teleqraf.com-a açıqlamasında "Demokratik Birlik" fraksiyasının həmtəsisçisi Fikrət Cəfərli deyib. 

KXCP-dəki bu prosesin nə ilə nəticələnəcəyinə dair suallarımızı cavablandıran Fikrət Cəfərli deyib ki, fraksiyanın qarşısında duran məsələ partiyanın siyasi səhnədən silinməsi yox,onun güclənməsidir: "Amma bu, fraksiyanın təsisçilərinin istəyidir. Əgər partiya rəhbərliyi baş verən bu prosesləri nəzərə almayıb öz yanlış siyasətini yürütməkdə davam edəcəksə, o zaman partiyanın siyasi səhnədən silinməsinin məsuliyyəti fraksiyanın deyil,onların üzərində olacaq".
"Yanlış siyasət" dedikdə nəyi nəzərdə tutursunuz" sualına Fikrət Cəfərli belə cavab verib: "KXCP-nin bugünkü durumu göz önündədir. Onun siyasi səhnədə təsir imkanının hansı sürətlə azaldığı da aydın görünür. Məhz bu prosesi görən KXCP-çilər "Demokratik Birlik" fraksiyasına qoşulmaq mövqelərini qətiləşdirirlər. Artıq fraksiyanı dəstəkləyən fəal üzvlərin sayı minlərlədir .Bu proses davam edir . Artıq Salyan, Kürdəmir, Xətai, Nərimanov, Nizami rayon şöbələri fraksiyaya qoşulub. Bu yaxınlarda 10-A yaxın rayon şöbəsinin də bəyanatları olacaq. Fərdi qaydada fraksiyanı dəstəkləyən KXCP-üzvlərinin sayı isə demek olar kı, partiya üzvlərinin ümumi sayının 50 faizindən çoxdur. Qalan insanların isə hələlik gözləmə mövqeyində olmaları başa düşüləndi. Onlan gözləyirlər ki, partiyanın rəhbərliyi baş verən bu proseslərdən nəticə çıxarıb yanlış siyasətdən çəkinəcək. Yox, əgər onların bu gözləntiləri baş verməzsə, o zaman hamı fraksiyaya dəstək verəcək".