11 Yanvar 2011 - 20:27Oxunma sayı: 331
Onlar Ədliyyə Nazirliyinə müraciət ünvanlayıblar
Bu gun RATİ-nin ofisində Qeydiyyatından imtina olunmuş QHT-lərin Əlaqələndirmə Şəbəkəsinin növbəti toplantısı keçirilib. Əlaqələndirmə Şəbəkəsinin koordinatoru Fikrət Cəfərovun bildirdiyinə görə, 40 yaxın QHT təmsilçicinin və media nümayəndələrinini qatıldığı tədbirdə QHT-lərin qeydiyyat problemi müzakirə olunub. Məsələ ilə bağlı Demokratik İslahatlar Uğrunda Cəmiyyətin sədri Oqtay Gülalıyev toplantı iştirakçılarına geniş bilgə verib. Sonra müxtəlif çıxışlar olub və təkliflər səsləndirilib. Toplantıda Əlaqələndirmə Şəbəkəsinin növbəti toplantısının yanvarin 28-də keçirilməsi qərara alınıb. Eyni zamanda tədbirdə Ədliyyə Nazirliyinə və QHT-lərə Dövlət Dəstəyi Şurasına qeydiyyat probleminin aradan qaldırılması üçün birgə işçı qrupunun yaradılması barədə müraciət qəbul olunub.