Müraciəti
Əziz soydaşlarımız !
1. Azərbaycan xalqının demokratik və hüquqi dövlətə malik olmaq,azad iradəsinin ifadəsi kimi demokratik və şəffaf seçkilər yolu ilə dövlət hakimiyyətini formalaşdırmaq,insan hüquq və azadlıqlarına hörmət və ölkənin təbii ehtiyyatları və iqtisadi resurslarının ədalətli ictimai bölgüsü əsasında sosial rifah və layiqli həyat səviyyəsində yaşamaq haqqının realizəsinin labüdlüyünü nəzərə alaraq
2. Bütün bu haqqların realizəsinin Azərbaycanda formalaşmış avtoritar,korrpusioner və dinastiya rejiminin süqutundan və ya demokratik rejimə transformasiyasından keçdiyini dərk edərək
3. Bu məqsədin həyata keçirilməsinin yalnız rejim tərəfindən bu və ya digər üsullarla deqradasiyaya uğradılmış,parçalanmış,süni şəkildə cinahlara bölünmüş milli-demokratik qüvvələrin birliyi,konsolidasiyası və ya təmərküzləşməsinin həyata keçiriləcəyi təqdirdə baş verəcəyini anlayaraq
Əziz həmvətənlər!
Qiyam və Azərbaycan xalqının konstitusion hüquqlarının pozulması yolu ilə dövlət hakimiyyətini qəsb etmiş bu rejimin fəaliyyətinə son verməyin Xalq+Demokratik Qüvvələr Birliyi düsturunun həlli ilə gerçəkləşəcəyini qeyd edir, Azərbaycan xalqının istəyinə uyğun olaraq milli maraqlarımızın reallaşdırılması istiqamətində davamlı və dönmədən mübarizə aparacağımızı və bu mübarizədə sizlərin dəstəyinə ümidimizi ifadə edirik.
Tanrı Azərbaycanımızı,Millətimizi qorusun və bu mübarizədə hamımıza yardımçı olsun! Amin!
24 sentyabr 2012-ci il
Fraksiyanın bəyanatı
“Demokratik Birlik”Fraksiyanın Təsis Bəyannaməsi
• İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında 1950-ci il Avropa Konvensiyasının 10-cu (Fikri ifadə etmək azadlığı) və 11-ci (Yığıncaqlar və birləşmək azadlığı) maddələrini
• Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsində nəzərdə tutulmuş hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququnu,eləcə də həmin konstitusiyanın 47-ci (fikir və söz azadlığı) və 58-ci (birləşmək hüququ) maddələrini
• “Siyasi partiyalar haqqında” AR qanunun 9-cu maddəsində təsbit olunmuş partiyanın hər bir üzvü və ya üzvləri qrupunun öz iradəsini sərbəst ifadə etmək hüququnu
• KXCP-nin Nizamnaməsini və digər aktlarını
• Demokratik dövlətlərin praktikasında təşəkkül tapmış siyasi ənənələri və beynəlxalq siyasi təcrübəni rəhbər tutaraq
Biz,indiki və gələcək nəsillər qarşısında mənəvi məsuliyyətini dərk edərək bu sənədə imzasını qoyan KXCP üzvləri :
1. Mövcud obyektiv tarixi-siyasi şəraitin diqtəsindən irəli gələn, Rəsulzadə-Elçibəy ideoloji-siyasi xəttinin məqsədlərinin həyata keçirilməsi istiqamətində təşkilati,institusional özək kimi “Demokratik Birlik” fraksiyasının yaradılmasını,
2. Fraksiyaya üzvlüyün Rəsulzadə-Elçibəy ideoloji-siyasi xəttinin məqsəd və vəzifələrinin realizəsini,eləcə də bu yolda olan milli-demokratik qüvvələrin birliyini və təmərküzləşməsini öz ictimai-siyasi fəaliyyətinin başlıca məramı həsab edən hər bir şəxs üçün açıq olmasını
3. Fraksiyanın könüllülük, üzvlərinin hüquq bərabərliyi, özünüidarə, qanunçuluq, demokratizm, plüralizm, aşkarlıq, məsələlərin sərbəst müzakirəsi,fərdi və kollektiv təşəbbüskarlıq prinsipləri əsasında Rəsulzadə-Elçibəy ideoloji-siyasi xəttinin məqsəd və məramları istiqamətində daima,qətiyyətlə və dönmədən fəaliyyət göstərəcəyini
4. Fraksiyanın öz fəaliyyətini cəmiyyətdə ifadə və söz azadlığının, demokratiya və demokratik idarəetmənin təşəkkülünün realizəsi isitqamətində quracağını
Bəyan edirik.
İmza :
1. KXCP sədrinin strateji məsələlər üzrə müavini Aydın Mədətoğlu,
2. KXCP sədrinin seçki məsələləri üzrə müavini,KXCP Salyan rayon şöbəsinin sədri Ədalət Yusubov
3. KXCP sədrinin əlaqələr üzrə müavin Fikrət Cəfərov
4. KXCP sədrinin beynəlxalq məsələlər üzrə müavin Qaya Əliyev,
5. KXCP sədrinin gənclər üzrə müavin Rüfət Sahiboğlu,
6. KXCP İH-nın üzvü,KXCP Xətayi rayon şöbəsinin sədri Rafiq Abdulla