Social Icons

KXCP-nin sədr müavini istefa verməsinin səbəblərindən danışdı


KXCP-nin sədr müavini istefa verməsinin səbəblərindən danışdı
Azərbaycan, Bakı, 3 oktyabr /Trend, müxbir E.Mehdiyev/
Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədr müavini Fikrət Cəfərov vəzifəsindən istefa verməsinin səbəblərini zaman-zaman yığılmış məsələlərlə əlaqələndirib.
"Bu, zaman-zaman yığılmış məsələlərlə bağlı atılmış bir addımdır. Yəni "Demokratik Birlik" fraksiyası yarandı və fraksiyanın yaranma səbəbləri də dünənin, bu günün məsələləri deyil, bu, zaman-zaman yığılmış partiyadaxili neqativ ab-havaya, partiyanın idarə edilməsinə, partiyanın siyasi kursu və digər məsələlərə görə bir ehtiyac əlamətidir", - bu barədə Cəfərov Trend-ə açıqlamasında deyib.
Cəfərov partiyada fəaliyyətini davam etdirəcəyini söyləyib.
"Təbii ki, partiyada qalacam. Partiya bizim partiyadır, əsas fəaliyyət istiqamətimizi müəyyənləşdirmişik. Bundan sonra enerjimizi "Demokratik Birlik" fraksiyası çərçivəsində və fraksiyanın qarşısında duran məsələlərə sərf edəcəyik. Partiya ilə bağlı bir sıra mühüm addımların atılmasına nail olacağıq", - Cəfərov deyib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az