Social Icons

Mirmahmud Mirəlioğlu müavinsiz qalıb


KXCP sədrinin daha bir müavini də istefa verdi
Qaya Əliyev: «Müavinlərin istefası KXCP-dəki patriarxın payızının gəldiyini xəbər verir»
4/10/2012 [10:57] 
KXCP sədrinin daha bir müavini Fikrət Cəfərov istefa verib. O, partiyanın ictimai əlaqələri üzrə məsul idi və son vaxtlar təşkilat daxilindəki anti-demokratik vəziyyətdən, partiyanın siyasi kursundan narazılıq edirdi. F.Cəfərov «Demokratik Birlik» fraksiyasının üzvü olmaqla müxalifətin birləşməsinə, KXCP daxilində demokratikləşmə sürəcinin aparılmsına çalışırdı. O, APA-ya açıqlamasında deyib ki, vəzifəsindən getməsinə səbəb yeni yaradılan “Demokratik Birlik” fraksiyasına daha çox vaxt ayırmaq olub: “Müavinlik vəzifəm fraksiyada çalışmağıma mane olurdu. Fraksiyanın fəaliyyətinə daha geniş vaxt ayırmaq müavinlikdən istefa verməyi qərara aldım”. Fikrət Cəfərov yaxın vaxtlarda partiyadan başqa istefaların da gözlənildiyini deyib. Xatırladaq ki, bundan əvvəl partiya sədrinin müavini Ədalət Yusibov istefa verdiyini bəyan etmişdi. O. «Demokratik Birlik» fraksiyasının üzvüdür və açıqlamasında fəaliyyətini bu qurumda davam etdirdiyini vurğulayıb.  
Xatırladq ki, KXCP-də ilk dəfə müxalifətin birləşməsi və demokratikləşmə təşəbbüsü çıxış edən sədrin beynəlxalq məsələlər üzrə müavini Qaya Əliyev müavinlikdən və partiya üzvlüyündən uzaqlaşdırılıb. Q.Əliyev hazırda «Demokratik Birlik» fraksiyasının aktiv üzvlərindəndir. 
O, Fikrət Cəfərovun istefası ilə bağlı «Bizim Yol»a deyib ki, baş verənlər KXCP rəhbərliyinin yürütdüyü anatidemokratik və savadsız siyasətin fiaskosudur: «Yarpaqların tökülməsi payızın gəməsinin əlamətidir. Müavinlərin istefası da KXCP-dəki patriarxın payızının gəldiyini xəbər verir. Nuh bəşəriyyəti gözləyən fəlakəti görüb preventiv addım kimi gəmi inşa etdi. Biz də rəhbərliyin partiyanıs sürüklədiyi fəlakəti görüb «Demokratik Birlik» fraksiyasmını yaratmışıq. Fraksiyamız Nuhun gəimisi kimidir. Kim xilas olmaq istəyir gəlsin. Fikrət Cəfərov atdığı addımla sübut etdi ki, rəhbərlikdəki bəzi şəxslərdən fərqli olaraq onun statusa yox, statusun ona ehtiyacı var».

Elmar

Bizim yol