Tarix: 21.11.2012 | Saat: 21:10:00 | E-mail | Çapa göndər |
“Partiya sıralarından yalnız Fikrət Cəfərov və Qaya Əliyev xaric olunub”. Bunu Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) Ali Məclisinin sədri Bəybala Əbil deyib.
Onun sözlərinə görə, KXCP-dən yalnız partiya sədrinin keçmiş müavinləri Fikrət Cəfərov və Qaya Əliyev xaric edilib. Buna səbəb isə onların partiya daxilində pozuculuq fəaliyyəti aparmasıdır: “Bu şəxslərin partiya sıralarından çıxarılmasına partiya sədri və digər şəxslər barədə dedikləri saxta ittiham və tənqidlər səbəb olub”.
Qaya Əliyevin Bəybala Əbilin fikirlərinə reaksiyası özünü çox gözlətməyib. O, Teleqraf.com-a açıqlamasında deyib: “Söhbət pozuculuq fəaliyyətindən gedirsə,Bəybala müəllim bu sahədə danışmağa və kimisə ittiham etməyə haqqı çatan ən sonuncu adamdır. Bibliyada məşhur bir kəlam var,”kim günahsızdırsa, birinci daşı o atsın”. Məhz Bəybala müəllim və onun kimi funksionerlərin pozuculuq fəaliyyəti nəticəsində partiyadan intellektual səviyyəsi, reputasiyası və ictimai-siyasi çəkisi Bəybala müəllimin özünün fiziki çəkisindən qat-qat artıq ziyalılar, simalar getməyə məcbur qalıb. Məhz bu pozuculuq fəaliyyəti nəticəsində 2000-ci ildə Xalq Cəbhəsinin digər cinahı ilə müqayisədə 80-20% nisbətində kəmiyyət üstünlüyünə malik olan klassik cinah bu gün analoji nisbətdə azlıqda qalıb. Hətta 17 noyabrda Milli Dirəliş günündə “Demokratik Birlik” fraksiyasının və KXCP rəhbərliyinin eyni gündə təşkil etdiyi tədbir bir növ eksperiment oldu.Fotolardan da aydın şəkildə görünür ki,fraksiyaçıların keçirdiyi tədbirdə iştirakçıların sayı,onların sayından təqribən 3 dəfə çox idi. Bəybala müəllim kimi şəxslərin fəaliyəti nəticəsində bu gün onlar hətta fraksiya ilə müqayisədə azlıqda qalıblar".
Qaya Əliyev faktiki olaraq KXCP-də iki fraksiyanın fəaliyyət göstərdiyini bildirib: "İstənilən halda KXCP-də Mirmahmud bəyin rəhbərlik etdiyi qeyi-rəsmi və elan olunmamış fraksiyanın bizim timsalımızda gerçək KXCP rəhbərliyinin tərkibi barədə verdikləri qərarlar həm prosedura, həm motiv baxımından gülüncdür.Azlıq çoxluğun rəhbərliyində olan şəxsləri necə parytiyadan çıxara bilər? Mən və Fikrət Cəfərli dostlarımızla birlikdə kollegial formada KXCP-yə rəhbərlik missiyasını və partiyanın siyasi yükünü artıq öz çiynimizə götürmüşük.Bu baxımdan Bəybala müəllim bizə minnətdar olmalıdır.Onlara tövsiyə edirəm ki, fraksiyalarını rəsmi elan etsinlər,biz KXCP-nin de-fakto rəhbərliyi kimi partiyada çoxluğun iradəsini təmin etməklə yanaşı , qeyri–rəsmi fraksiyanın da iradəsini nəzərə alacağıq".
|
Xəbər 133 dəfə oxundu |