Social Icons

“KXCP özünə layiq olan mövqedə dayanmır“ - MÖVQE

Tarix: 22.09.2012 | Saat: 13:13:00 |
İsmayıl Yusifov: "Fikrət Cəfərli, Qaya Əliyev və rəhbərliyə daxil olan böyük əksəriyyətin bir prinsipial tələbi var: KXCP Rəsulzadə-Elçibəy yoluna qayıtmalıdır"

"Dünən "Şərq" qəzetindən mənımlə əlaqə saxlayıb KXCP sədrinin müavinləri Fikrət Cəfərov və Qaya Əliyevin istefasına münasibətimi soruşdular. Mən bu məsələdən xəbərsiz olduğumu bildirdim. Bundan sonra Fikrət bəylə əlaqə saxladım. O da bu məlumatın doğru olmadığını bildirdi".

Bu fikirləri Teleqraf.com-a KXCP sədrinin keçmiş müavini İsmayıl Yusifov bildirib. O, əlavə edib ki, KXCP-də heç bir gərginlik yoxdur: "Sadəcə, mətbuatda KXCP-də gərginlik olduğu barədə rəy yaradılmağa çalışılır. Mən partiyadaxili proseslərdən bir qədər uzağam. Ancaq bildiyim qədər KXCP daxilində heç bir ciddi gərginlik yoxdur".
Bununla belə İsmayıl Yusifov partiya daxilində fikir ayrılıqlarının olduğunu da bildirdi: "Partiya sədrinin müavini Fikrət Cəfərli uzun müddətdir ki, KXCP-də islahatlar aparılması təşəbbüsü ilə çıxış edir. Bu yaxınlarda isə Fikrət Cəfərli, eləcə də partiya sədrinin digər müavini Qaya Əliyev KXCP və AXCP-nin birləşməsi təklifini irəli sürdülər. Amma adını çəkdiyim Fikrət Cəfərli və Qaya Əliyevlə yanaşı partiya rəhbərliyinə daxil olan böyük əksəriyyətin bir prinsipial tələbi var. O da bu gün KXCP-nin özünə layiq olan mövqedə dayanmasıdır. Bu gün KXCP özünə layiq olan mövqedə dayanmır. Bir-iki nəfər istisna olmaqla partiya rəhbərliyində əksəriyyət KXCP-nin Rəsulzadə-Elçibəy yoluna qayıtmasını, özünə layiq olan mövqedə dayanmasını istəyir və buna çalışır".

"Bəs, KXCP sədri partiyanın özünə layiq mövqedə dayanmasını istəyənləri, yoxsa əks tərəfi dəstəkləyir" sualına cavabında isə İsmayıl Yusifov bildirdi ki, Mirmahmud Mirəlioğlu da partiyanın özünə layiq mövqedə dayanmadığının fərqindədir: "Ancaq Mirmahmud bəyin mövqeyi hələ ki mənə aydın deyil".

Xəbər 304 dəfə oxundu