Social Icons

Fikrət Cəfərov: “Məqsədimiz partiyanın mövqeyini gücləndirməkdir“

Tarix: 04.10.2012 | Saat: 20:45:00 | E-mail | Çapa göndər

Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) üzvü, partiya daxilində yaradılan «Demokratik Birlik" fraksiyasının yaradıcılarından olan Fikrət Cəfərov Teleqraf.com-un suallarını cavablandırıb.

- Sizin KXCP-nin sədr müavinliyindən istefanızı məğlubiyyət, geri çəkilmək kimi qiymətləndirmək olarmı?

- İstefamızın səbəbi geri çəkilmək kimi yox, fraksiyanın işinə daha da çox vaxt ayırmaq kimi qiymətləndirilməlidir. Bəzi dostlar bizim partiyada tutduğumuz rəhbər mövqelərdən istifadə edib fraksiya yaratdığımızı bildirirdilər. Bu bəhanələrin, arqumentlərin yanlış olduğunu sübut etmək üçün rəhbər vəzifələrdən istefa verdik və bizim üçün statusun bu kimi məsələlərdə elə də bir əhmiyyəti olmadığını göstərdik. Status bizləri yox, bizlər statusu status etmişdik. Fraksiyanı təsis edənlər üçün status məsələsi elə də əhmiyyətli məsələ deyil. Bizim üçün əhmiyyətli məsələ partiyanın nüfuzuna dəymiş zədələri aradan qaldırmaqdırr. Sıravi partiya üzvləri kimi mübarizəmizi davam etdirəcəyik və məqsədimiz də dediyimiz kimi, partiyanın müxalifətdəki mövqeyini gücləndirmək və KXCP-ni başının üstünü almış "qara buludlar"dan xilas etməkdir. Fraksiyanın üzərinə böyük yük düşür. Partiyanın rayon təşkitlatlarında görüşlər keçirəcəyik. Üzvlərimizdən partiyada mərkəzdənqaçma meyillərinin qarşısının alınmasında bizlərə dəskər olmalarını istəyəcəyik. 

- Rəhbər vəzifələrdən istefa verməyiniz mübarizənizin zəfləməsinə, rəqiblərinizin güclənməsinə səbəb olmayacaqmı?

- Müxalifət olaraq, bizim və müttəfiqlərimizin bir rəqibi var. Sizin isə "rəqib" deyəndə kimi nəzərdə tutduğunuz mənə aydın deyil. Amma onu deyə bilərəm ki, bu gün mövqeyimizi qəbul etməyən partiyadakı məlum qrup yaxın zamanlarda düzgün qərarlar verdiyimizi anlayıb bizimlə birlikdə partiyanın bu günkü mövqeyinin səhv olduğunu qəbul edəcəklər. Bundan sonra bizimlə birlikdə olacaqlar. Əbülfəz Elçibəyin bizim üçün müəyyənləşdirdiyi siyasi kursdan yayınmaq başadüşülən deyil və bu kursdan yayınmağa imkan verməyəcəyik. KXCP bizim üçün doğma partiyadır və daxili siyasətdə biz şəxsi maraqları arxa plana keçirib, səmimiyətə üstünlük verib yaranmış probilemləri isti başla yox, düşünülmüş qərarlarımızla həll etməliyik. 

- Partiyanın rayon təşkilatları fraksiyanı yaradanları ittiham ediblər, onları partiya daxilində bölücülük yaratmaqda qınayıblar…

- Bu məsələləri "zəhmətkeş məktubları" və qaragüruhçuluqla deyil, yuxarda vurğuladığım kimi düşünülmüş addımlarla həll edəcəyik.Yaxın günlərdə fraksiya müşavirə keçirəcək. Orada jurnalistlərin iştirakı təmin ediləcək. O zaman görəsəksiz ki, partiya üzvləri bizi necə dəstəkləyirlər. Bu gün bizi tənqid edən dostlar iclasdan sonra düşünməli olacaqlar. 

- KXCP-nin siyasi kursunu sədr deyil, İdarə Heyəti müəyyənləşdirir. Belə olan halda sədrin üzərinə hücumlar nə dərəcədə məntiqlidir? 

- Bu sualınız o vaxt məntiqli olardı, hər şey sizin dediyiniz kimi olsun. Doğrusu, mənim üçün də bu məsələlərdə qaranlıq məqamlar var. Nədən KXCP-in İdarə Heyətinin qəbul etdiyi qərarları qurultayın səlahiyyət verdiyi şəxs icra etməkdən yayınır və öz təşəbbüsü ilə kollegial orqanlarda müzakirə olunmadan addımlar atır, şəxsi təşəbbüs göstərərək partiyanın kursunu müəyyən edir. İdarə Heyətinin partiyanın İctimai Palatanın işində iştirak etməsilə bağlı qərarı vardı. Amma qərar havada qaldı. Təəssüf olsun ki, İdarə Heyətinin heç bir qərarı olmadığı halda KXCP müxtəlif birliklərdə iştirak edib. İdarə Heyətinin qərarları icra olunmursa, biz hansı addımları atmalıyıq? Bunu da buraxırıq o "zəhmətkeş məktublar"ı yazdıranların vicdanına.


Xəbər 185 dəfə oxundu