01.08.2010 [9:37]
Gündəm
BİRLƏŞMİŞ MÜXALİFƏTİN İCAZƏSİZ MİTİNQİ BAKINI SİLKƏLƏDİ
Həbslər mitinqdən öncə başladı...
Qeyd edək ki, mitinqöncəsi həbslər dünən səhər saatlarından başlamışdı. AXCP sədrinin müavini Fuad Qəhrəmanlı, ADP üzvləri Kamal və Orxan Hüseynovlar evlərindən çıxarkən polis tərəfindən həbs olunmuşdular. Mitinqə hələ xeyli qalmışdan metronun “28 May”, “Sahil”, “İçərişəhər” stansiyalarına giriş və çıxış məhdudlaşdırılmışdı. Eyni zamanda Heydər Əliyev adına sarayın qarşısındakı park, “Sahil”, “Malakan” və “Sabir” adına bağlar polis nəzarəti altına alınmışdı. Bundan əlavə, “Fəvvarələr” meydanı ərazisindəki mağaza, restoran və kafelər müvəqqəti qapadılmışdı. Aksiya başlamazdan öncə əraziyə xeyli polis qüvvələri cəlb olunmuş, mitinqçiləri doldurub ərazidən uzaqlaşdırmaq üçün avtobuslar gətirilmişdi.
Saat 16:45-də birləşmiş müxalifətin sanksiyalaşdırılmamış birgə mitinqi başladı. Əvvəlcədən aksiyanın Bakı Şəhər İcra Hakimiyyətinin binası qarşısında keçiriləcəyi elan olunsa da, müxalifətçilər yenicə istifadəyə verilmiş “Fəvvarələr” meydanından həmlə etdilər. İlk olaraq “Nərgiz” Ticarət Mərkəzinin qarşısında onlarla cəbhəçi bir yerə toplaşaraq şüarlar səsləndirdilər. Bu zaman polis “Azad seçki!”, “Qarabağ!” və “İlham Əliyev, get!” şüarları səsləndirən müxalifətçilərin ağızlarını yumub, avtobuslara doldurdu. Ərazidə baş verən qarışıqlıq zamanı təxminən 50 nəfərə yaxın AXCP üzvü saxlanıldı. Onlar Səbayel Rayon Polis İdarəsinin 8, 9 və 39-cu bölmələrinə aparıldılar.

Mitinq zorakılıqla dağıdıldı, yüzlərlə etirazçılar həbs olundu
Saat 17:00 radələrində müsavatçılar partiyanın Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılının rəhbərliyi ilə “Fəvvarələr” meydanına doğru yürüş etməyə başladılar. Aksiya iştirakçıları plakatlarla yanaşı “Azadlıq!”, “Azad seçki!”, “Qarabağ!”, “İstefa!” şüarları səsləndirərək irəliləməyə cəhd etdilər. Polis onları saxlamaq üçün hərəkətə keçdi. Polislər Müsavat Gənclər Təşkilatının sədri Tural Abbaslıya qarşı xüsusi amansızlıq göstərdilər. Onlar gənc fəalın şüar səsləndirməsinə mane oldular və bu zaman onunla polis arasında qarşıdurma yarandı. Hər iki tərəf yerə yıxıldı. Qeyd edək ki, polislər aksiya zamanı qadınlara qarşı kobud davrandılar. Onları sürüyərək avtobuslara doldurdular.
Aksiya zamanı 100-ə yaxın müsavatçı saxlanıldı. Sonradan öyrəndik ki, onlardan 12-si avtobusla “Binə” ticarət mərkəzinə aparılaraq orada sərbəst buraxılıb. Bir qrup etirazçı isə, Arif Hacılı da daxil olmaqla, Qobustana “səyahət”ə aparılıb. Polis aksiyaçılarla bərabər “Fəvvarələr” meydanında istirahət edən vətəndaşları da ərazidən uzaqlaşdırdı. Aksiya zamanı saxlanılanlar arasında əməkdaşımız Elmin Bədəlov da olub. Onun sözlərinə görə, Səbayel rayon 8-ci polis bölməsinə aparılan aksiyaçılarla polis sərt davranıb. Mitinqdə tutulanları qruplara ayırıb bölmənin müxtəlif otaqlarına aparıblar, onların müxtəlif istiqamətlərdən şəkillərini çəkib, sonra sərbəst buraxıblar.

Həbs olunanlardan 18 nəfər məhkəməyə çıxarıldı
Müsavat Partiyasının başqanı İsa Qəmbər mitinqini bu cür dəyərləndirib: “Azərbaycanın demokratik qüvvələri bir daha iradələrini ortaya qoydular, azadlıqların genişlənməsi, sərbəst toplaşma hüququnun bərpası istiqamətində daha bir mühüm addım atıldı”.
AXCP sədri Əli Kərimli “Azadlıq” radiosuna aksiyanın uğurlu keçdiyini deyib: “Fikrimcə, aksiya uğurlu oldu. Yüzlərlə müxalifətçi "Azad seçki!", “Azadlıq!”, “Qarabağ” şüarları ilə şəhərin mərkəzində etirazlarını ifadə etdilər".
Mitinqin qətnaməsində vətəndaşların sərbəst toplaşmaq azadlığının təmin edilməsi, seçkiqabağı tam demokratik rəqabət şərait yaradılması, müxalif siyasi fəallara, müstəqil mediaya və jurnalistlərə qarşı repressiyalara son qoyulması tələb olunur.
Qeyd edək ki, mitinqi ATƏT-in Bakı ofisinin nümayəndələri də müşahidə edirdi.
Günün sonunda əldə etdiyimiz məlumata görə, Nurməmməd Xanlarov, Rüfət Hacıbəyli, Bayram Bayramov, Zaur Ağayev, İnqilab Kərimov, Ağaşirin Tarıverdioğlu, Əflatun Əhmədzadə, Dəyanət Babayev, Səfər Cavadov, Məhəmməd Məcidli, Vüqar Qədirov, Əbülfəz Qurbanlı, Məhəmməd Mərcanlı, Telman Mürsəlli, Elməddin Şükürov, Xəlil Qarayev, Vasif Alışov, Fikrət Səfərov Səbayel Rayon Məhkəməsinə aparılıblar.
Mitinq zamanı saxlanılanların ilkin siyahısını təqdim edirik:

- Arif Hacılı - Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri
- Pənah Hüseyn - AXP lideri, deputat (o, könüllü olaraq həbs olunanlara qoşulub)
- Mustafa Hacılı - “Demokrat” qəzetinin baş redaktoru
- Vəfa Cümşüdlü - Müsavat qadınlar birliyinin sədri
- Tural Abbaslı - Müsavat gənclər təşkilatının sədri
- Əhəd Məmmədli - Müsavat Partiyası gənclər təşkilatının sədr müavini
- Cavid Hacıbəyli - Müsavat gənclər təşkilatının üzvü
- Şakir Abdullayev - Müsavat Partiyası Binəqədi rayon təşkilatının sədri
- Nəcməddin Xanlarov - Müsavat Partiyası Binəqədi rayon təşkilatının üzvü
- Qiyas Sadıqov - AXP sədri
- Xeyrulla Balaxanlı - Müsavat Partiyası Nəsimi rayon təşkilatının sədri
- Hüseyn Məlik - Müsavat Partiyası Səbayel rayon təşkilatının sədri
- Zakir Məmmədzadə - Müsavat Partiyası Nizami rayon təşkilatının sədri
- İzzət Məmmədli - Müsavat Partiyası Cəbrayıl rayon təşkilatının sədri
- Fəxrəddin Abbas - Müsavat Partiyası Sumqayıt şəhər təşkilatının sədri
- Səxavət Soltanlı - Müsavat Partiyası gənclər təşkilatının üzvü
- Tural Soltan - Müsavat Partiyası gənclər təşkilatının üzvü
- Kərim Ağarzayev - Müsavat Partiyası Salyan rayon təşkilatının üzvü
- Mübariz - Müsavat Partiyası Səbayel rayon təşkilatının üzvü
- Zakir - Müsavat Partiyası Səbayel rayon təşkilatının üzvü
- Lətafət Məlikova - Müsavat Partiyası Kürdəmir rayon təşkilatının sədr müavini
- Bayram Bayramov - Müsavat Partiyası Səbayel rayon təşkilatının üzvü
- Elşad Budaqov - Müsavat Partiyasının üzvü
- Ayaz Bəyturan - Müsavat Partiyası gənclər təşkilatının üzvü
- Əlihüseyn Ağayev - Müsavat Partiyası Xətai rayon təşkilatının üzvü
- Elmin Bədəlov - “Yeni Müsavat” qəzetinin əməkdaşı
- Yaşar Türkazər - Müsavat Partiyası Sabunçu rayon təşkilatının üzvü
- Fikrət Cəfərov - KXCP üzvü
- Yusif Məcidov - AXCP üzvü
- Bəybala Əbil - KXCP sədrinin müavini
- İsmayıl Yusifov - KXCP sədrinin müavini
- Xəzər Teyyublu - KXCP təşkilat şöbəsinin müdiri
- Fikrət Cəfərov - KXCP
- KXCP- Cavid Uranqan
- KXCP- Elman Türkoğlu
- KXCP- Rəşid Hacıyev
- KXCP- Şirin Cəfərli
- KXCP- Ağamusa Ağayev
- Fuad Qəhrəmanlı (AXCP sədrinin müavini)
- Sahib Kərimov (AXCP sədrinin müşaviri)
- Gözəl Bayramlı (AXCP Ali Məclisinin sədr müavini)
- Asif Yusifli (AXCP sədrinin müşaviri)
- Solmaz Hüseynova (AXCP Qadınlar Şurasının sədri)
- Ramiz Kamal (AXCP rayon şöbəsinin sədr müavini)
- Aydın Əliyev (AXCP rayon şöbəsinin sədri)
- Şakir Abbasov (AXCP rayon şöbəsinin sədr müavini)
- Vaqif Xalıqov (AXCP rayon şöbəsinin sədri)
- Məhəmməd Məcidli (AXCP BDU şöbəsinin sədri)
- Teyyub Xəlilov (AXCP rayon şöbəsinin sədri)
- Səttar Şahlarov (AXCP rayon şöbəsinin sədri)
- Tofiq Zeynall (AXCP sədr Aparatının üzvü)
- Arzuman Məcidli (AXCP NTK üzvü)
- Əbülfəz Qurbanl (AXCP GK sədri)
- Vüqar Qədirov (AXCP üzvü)
- Cəfər Baxşiyev (AXCP üzvü)
- Əflatun Əhmədzadə (AXCP üzvü)
- Ülkər Əhmədzadə (AXCP üzvü)
- Arif Zeynalov (AXCP üzvü)
- Siyab Sarıyev (AXCP üzvü)
- İnqilab Kərimov (AXCP üzvü)
- İltifat Mehdiyev (AXCP üzvü)
- Məcid Mərcanlı (AXCP üzvü)
- Ağaşirin Tarverdioğlu (AXCP üzvü)
- Tofiq Zeynallı (AXCP üzvü)
- Hidayət Süleymanov (AXCP üzvü)
- Elçin Dəmirli (AXCP üzvü)
- Mirmehdi Abbasov (AXCP üzvü)
- Dəyanət Babayev (AXCP GK)
- Kamran Sanatürk (AXCP GK)
- Fədai Tağıyev (AXCP üzvü)
- Kamran Əhmədov (AXCP üzvü)
- Zaur Ağayev (AXCP üzvü)
- İsmayıl İsmayılov (AXCP üzvü)
- Xalid Qarayev (AXCP GK)
- Elməddin Şükürov (AXCP üzvü)
- Vasif Alışlı (AXCP GK)
- Elmar Mürsəlli (AXCP GK)
- Mikayıl Bəybala (AXCP üzvü)
- İmran Hüseynov (AXCP üzvü)
- Vahid Hüseynov (AXCP üzvü)
- Məhəbbət Ağayev (AXCP üzvü)
- Zöhrab Qasımlı (AXCP üzvü)
- Mübariz Kərimov (AXCP üzvü)
- Yusif Hacıyev (AXCP üzvü)