Social Icons

“Fədakar cəbhəçilər ortaya mövqe qoyacaq“


CÜMƏ, 26 OKTYABR 2012 15:40
2000-ci ildə AXCP-nin parçalanması ilə Azərbaycan müxalifəti çox böyük zərbə aldı. Qarşılıqlı ittihamlar, yersiz münasibətlər müxalifət daxilində problemlər yaratdı. Elçibəyin vəfatından, intriqalardan, parçalanmadan sui-istifadə edib, girəvəyə salıb partiya sədri olanlar da oldu".
Bu açıqlama ilə "Demokratik Birlik" fraksiyasının təsisçisi Fikrət Cəfərli çıxış edib. O, Teleqraf.com-a açıqlamasında bildirib ki, o zaman baş verən proseslərin mahiyyəti tam aydın olmasa da, sonradan bəlli oldu ki, bu parçalanma müxalifətin məğlubiyyətinə səbəb olan əsas faktorlarından birinə çevrilib: "Lakin zaman və reallıq sübut edir ki, eyni siyasi, mənəvi yükə malik olan və kimlərinsə yersiz hikkəsi hesabına parçalanan müxalifətin əsas qüvvələrinin - AXCP və KXCP-nin birləşməsi, vahid bir gücə çevrilməsi müxalifətin gələcək qələbəsində əsas rol oynaya bilər. Bu gün müəyyən dairələrdən qopa bilməyən şəxslərdən başqa hamı bu parçalanmadan təəssüflənir. AXC lideri Elçibəyin təşkilatının mübariz və əqidəli üzvləri həmişə mübarizə meydanında olub və bu gün də həmin mübarizə yolunda mətin addımlarla addımlayırlar. İndi kimin bu mübarizədən necə və hansı formada çəkindiyi açıq-aydın görünür. Artıq 2000-ci il deyil. İnsanları xurafatla,"vəhylə" telepatik üsullarla aldatmaq, siyasətdə kiminsə öz çirkin niyyətini söz oynatmaqla reallaşdırması da mümkün deyil.Zaman hər şeyin üzərinə işıq salıb.İnanıram ki, KXCP-nin fədakar üzvləri bu məsələyə biganə qalmayıb mövqelərini ortaya qoyacaqlar".