Gündəm
MİTİNQ MƏHBUSLARI ACLIĞA BAŞLADI
Aclığa başlayanların yeddisi AXCP üzvü, ikisi müsavatçı, biri bitərəfdir. Xatırladaq ki, mitinq günü Səbayel Rayon Məhkəməsi Rüfət Hacıbəyli, Bayram Bayramov, Məcid Mərcanlı, İnqilab Kərimov, Ağaşirin Tanrıverdioğlu, Vasif Alışov, Fikrət Cəfərov 10, Əflatun Əhmədzadə 8, Vüqar Qədirov və Məhəmməd Məcidli barəsində 7 sutkalıq həbs qərarı verib.
AXCP sədrinin müavini Fuad Qəhrəmanlı “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, dünən cəbhədən mitinq məhbuslarının saxlanıldığı təcridxanaya gedən olmayıb. Onun sözlərinə görə, dünən həbsdəkilərə baş çəkmək növbəsi Müsavat Partiyasının olub: “Arif Hacılı mənə dedi ki, həbsdəkilərə aparılan ərzaq və digər ləvazimatları içəri buraxmayıblar. Həbsdəkilərə bizimlə əlaqə saxlamağa da imkan verilməyib”.
F.Qəhrəmanlı bildirdi ki, məsələ ilə bağlı hüquq müdafiəçilərinə, səfirliklərə, Ombudsman Aparatına müraciət olunub: “Mümkün qədər hadisəni daha çox ictimailəşdirməyə çağırırıq”.
F.Qəhrəmanlı həmçinin AXCP-nin məsələ ilə bağlı bəyanat verdiyini vurğuladı.
AXCP sədrinin köməkçisi Faiq Əmirov isə söylədi ki, məsələ ilə bağlı ATƏT-in Bakı ofisinə müraciət ediblər. Onun sözlərinə görə, ATƏT nümayəndələri bu gün təcridxanada aclığa başlayan müxalifətçilərə baş çəkəcəklər. ATƏT onları hüquqşünasla da təmin edəcək.
Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı isə məsələ ilə əlaqədar dünən Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) rəis müavini, general Yaşar Əliyevlə əlaqə saxladığını bildirdi. Y.Əliyev Müsavat funksionerinə təcridxanada saxlanılan müxalifətçilərə təzyiq göstərilməsinin qeyri-mümkün olduğunu deyib. General müxalifətçilərə aparılan yeməklərin qəbul olunmamasını isə BŞBPİ-dən təcridxanaya daha keyfiyyətli yeməklərin göndərilməsi ilə əlaqələndirib. A.Hacılı bildirdi ki, hüquq-müdafiə təşkilatları təcili olaraq təcridxanaya getməli və məsələyə aydınlıq gətirməlidirlər.
İşgəncələr Əleyhinə Azərbaycan Komitəsinin rəhbəri Elçin Behbudov bizimlə söhbətində məsələ ilə maraqlandığını dedi: “Aksiya zamanı saxlanılanlar Bakı Şəhər Baş Polis İdarəsinə tabe olan və Binəqədidə yerləşən inzibati həbs olunanların saxlanılma məntəqəsindədir. Məlumat mənə daxil olan kimi təcridxananın rəisi ilə əlaqə saxladım. Rəis mənə dedi ki, gəlib onlarla görüşə bilərsiniz. Burda nə aclıq edən, nə də döyülən var”.
E.Behbudov bu gün təcridxanada saxlanılanlara baş çəkəcəyini bildirdi.
Daxili İşlər Nazirliyi (DİN) mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov müxalifətçilərin təcridxanada təzyiqə məruz qalmasını təkzib edib. O, “Azadlıq” radiosuna açıqlamasında bildirib ki, saxlananların kimlərsə tərəfindən təhqir olunmasına əsas görmür və hesab edir ki, bu, müxalifətçilərin özlərini gündəmdə saxlamaq istəyi ilə bağlıdır.
Müsavat deputat qrupu da məsələ ilə bağlı DİN-ə, Ədliyyə Nazirliyinə, Ombudsman Aparatına və digər aidiyyəti qurumlara müraciət ünvanlayıb. Bu haqda məlumatı “Yeni Müsavat”a deputat qrupunun üzvü Pənah Hüseyn verdi. P.Hüseyn bildirdi ki, müxalifətçilərin saxlandığı təcridxana DİN-in tabeçiliyindədir. Deputat qrupu DİN-dən məsələyə aydınlıq gətirilməsini tələb edib.
Onun sözlərinə görə, bu gün Müsavat deputat qrupunun üzvləri təcridxanaya gedəcək. Nazirlikdən isə deputatlara bildirilib ki, hüquq müdafiə təşkilatları bu gün təcridxanada saxlanılan şəxslərə baş çəkə bilərlər. Mövzunu diqqətdə saxlayacağıq.